FOOD GRADE ŞİRKƏTİNƏ XOŞ GƏLMİSİNİZ
İstənilən vaxt 24/7 zəng
+994 55 857 18 05Sarıkök Asiya ölkələrində geniş istifadə olunan, “hind zəfəranı”, “sarı rəng”, “zəfəran kökü”, “sarı çöp” kimi adlandırılan, zəncəfillər fəsiləsinə aid çoxillik, sarı çiçəkli, iri yarpaqlı ot bitkisidir. Sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngin ədviyyat növüdür. Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir, suda həll olmayan, işığa həssas, hidrofob və tautomer birləşmədir. Polifenolik birləşmə olan sarıkökün acı dadı var. Sarıkök soyuqdəymə, öskürək, sinuzit, revmatik xəstəliklər və dəri xəstəliklərində istifadə edildiyi üçün hind təbabətində mühüm əhəmiyyətli bitki hesab olunur. Məhz bu səbəbdən Hindistanda və Çində sarıkök çox becərilir. Qantəmizləyici, eləcə də dəriyumşaldıcı xüsusiyyətə malik olduğu üçün sarıkökdən dəri xəstəliklərin müalicəsində tətbiq edilən kremlərin və sabunların istehsalında, kəsik və yaraların ev şəraitində müalicəsində istifadə olunur. Eyni zamanda kurkumin leykoz, mədə-bağırsaq sistemi, ağciyər, sidik-cinsiyyət orqanları, yumurtalıq, döş xərçəngi xəstəliklərinin qarşısının alınmasında profilaktik xüsusiyyətlərə malikdir. Sarıkökün antioksidant və iltihab əleyhinə malik xüsusiyyətləri Alzheymer xəstəliyi, kataraktanın əmələ gəlməsi, dağınıq skleroz, qaraciyərin zədələnməsi, infarkt, insult və bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rola malikdir.